Yunanıstanın Girit adası yaxınlığında zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qəndilli Rəsədxanasının məlumatına görə, Egey dənizində 4,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yayılan açıqlamada zəlzələnin Yunanıstanın Girit adası ətrafında baş verdiyi bildirilib.
Məlumata əsasən, təkanlar 23,1 kilometr dərinlikdə yaşanıb.