logo
logo logo
logo

Fransada rusiyalı cəsus siqnalı 

15:45 - 04 Noyabr 2026

Fransada rusiyalı cəsus siqnalı 

Fransanın daxili kəşfiyyat xidməti 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiyanın ölkədə casusluq fəaliyyətini artırmağa hazırlaşdığı barədə xəbərdarlıq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Fransada bir sıra mühüm kəşfiyyat şəbəkələrini qoruyub saxladığı bildirilir. Fransa rəsmilərinin sənədlərində Rusiyanın 61240 və 29155 nömrəli kəşfiyyat bölmələri, eləcə də “Storm-1516”, “Matryoshka” və “Turla” şəbəkələri xüsusi diqqət çəkir.

Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı təhlükəsizlik hazırlıqları Rusiya kəşfiyyatının ölkədəki fəaliyyətini genişləndirə biləcəyi barədə xəbərdarlıqdan sonra yeni mərhələyə qədəm qoyub.

Qlobal kəşfiyyat sahəsində ixtisaslaşmış “Intelligence Online” nəşrinin əldə etdiyi məlumatlar əsasında hazırladığı araşdırmaya görə, Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) Moskvanın seçki prosesi zamanı ölkədəki əməliyyatlarını sürətlə intensivləşdirəcəyini gözləyir.

Araşdırmada qeyd olunur ki, 2022-ci ilin fevralından etibarən Rusiyaya məxsus casusların sayı təxminən yarıbayarı azalsa da, ölkədə hələ də xeyli sayda kəşfiyyat əməkdaşı fəaliyyət göstərir.

Paris 2022-ci ilin aprelində 35 rusiyalı diplomatı ölkədən çıxarıb. Bundan sonra diplomatik toxunulmazlıqdan istifadə edərək fəaliyyət göstərən daha altı rusiyalı kəşfiyyat əməkdaşı da Fransanı tərk etməyə məcbur edilib.

Son dörd ildə ənənəvi diplomatik casusluqla yanaşı, məsafədən həyata keçirilən kiberəməliyyatlar, yerli vasitəçilər üzərindən məlumat toplama və seçkilərə rəqəmsal müdaxilə cəhdləri ön plana çıxıb.

Fransanın təhlükəsizlik qurumları bu fəaliyyətlərin bir qismini konkret Rusiya kəşfiyyat bölmələri ilə əlaqələndirir.

“Intelligence Online” nəşrinin əldə etdiyi məlumatlara əsasən, Fransa hüquq-mühafizə və kəşfiyyat orqanları Rusiya kəşfiyyat bölmələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə əlaqələndirilmiş şəkildə genişmiqyaslı əks-tədbirlərə də başlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az