ABŞ-nin müdafiə naziri Pit Heqset noyabrın 3-də keçirilən aralıq seçkilərində Demokratların qazandığı qələbədən sonra vəzifəsindən azad edilməsi istiqamətində səsləndirilən çağırışlarla bağlı sosial şəbəkə hesabında video-müraciət paylaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset seçkilərdəki məğlubiyyətin ardından ona yönələn tənqidlərə meydan oxuyaraq Konqresdəki vəzifədən uzaqlaşdırma cəhdlərinin bir fayda verməyəcəyini bildirib.
Nümayəndələr Palatası toplaşanda ona qarşı impiçment maddələrinin yenidən irəli sürüləcəyini söyləyən şəxsləri hədəf alan müdafiə naziri, "Gördüyünüz kimi, təsirli olduğumuz üçün mənə, bizə hücum edirlər. Bu, işə yaramayacaq. Geri çəkilməyəcəyik" deyib.
Heqset ona qarşı yönələn impiçment təşəbbüsünü "siyasi teatr" adlandıraraq Trampın da iki dəfə impiçment prosesindən keçdiyini xatırladıb. O, "Bu, tamamilə şəxsi məhv etmə siyasəti ilə əlaqədardır. Prezident Trampa qarşı işə yaramadı, mənə qarşı da işə yaramayacağından əmin ola bilərsiniz" söyləyib.