logo
logo logo
logo

ABŞ vətəndaşlarını buna yüksək hazırlıqlı olmağa çağırdı

17:25 - 16 Noyabr 2026

ABŞ vətəndaşlarını buna yüksək hazırlıqlı olmağa çağırdı

ABŞ-nin Bəhreyndəki səfirliyi İranın və onun dəstəklədiyi husilərin bölgədə mümkün hücum təhdidləri ilə əlaqədar ölkədəki vətəndaşlarını yüksək hazırlıq vəziyyətində olmağa çağırıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin Bəhreyndəki səfirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, İranın dəstəklədiyi husilərin silahlı hücum təhdidlərinin artması, eləcə də İranın bölgədə ABŞ hökumətinin rəsmilərini və obyektlərini hədəf almağa yönəlmiş cəhdləri səbəbindən Bəhreyndə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşları maksimum ehtiyatlı davranmalıdırlar.

Açıqlamada İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanında mülki hava limanlarını və kritik infrastrukturu hədəf alan hücumlarının mülki şəxslər arasında itkilərə və nəqliyyat əlaqələrində ciddi fasilələrə səbəb olduğu qeyd edilib. Həmçinin bölgədəki gərginliyin qısa müddətdə daha da artması ehtimalının olduğu vurğulanıb.

Bundan əlavə, İranın, husilərin və İranın dəstəklədiyi silahlı qruplaşmaların dünyanın müxtəlif ölkələrində ABŞ-nin maraqlarını, Amerika şirkətlərini və qurumlarını hədəf ala biləcəyi barədə xəbərdarlıq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az