Norveçin Qida Təhlükəsizliyi İdarəsi quş qripinin geniş yayılmasının ölkədə yumurta və toyuq əti qıtlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Norveç Qida Təhlükəsizliyi İdarəsinin baş direktoru İnqunn Midttun Qodal ölkənin İctimai Yayım Korporasiyası NRK-yə açıqlamasında dünyada quş qripi epidemiyalarının getdikcə genişlənməsini şərh edib.
Epidemiyadan təsirlənən heyvanların kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərə biləcəyinə diqqət çəkən Midttun Qodal bunun nəticəsində yumurta və toyuq əti qıtlığının yarana biləcəyi barədə xəbərdarlıq edib.
O, Norveç Kənd Təsərrüfatı İdarəsinə ölkəyə yumurta və toyuq əti idxalının artırılmasını tövsiyə edib.
Midttun Qodal, həmçinin quş qripi epidemiyası səbəbindən ölkədə 100 min baş ev quşunun məhv edildiyini bildirib.