Kremlin sözçüsü Dmitri Peskov Ukraynada müvəqqəti atəşkəs əvəzinə illərlə davam edəcək sülh istədiklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Müzakirə prosesi isə bizi bu sülhə aparmalı olan prosesdir”, – deyə o vurğulayıb.
Ukrayna böhranının həlli prosesinə toxunan Kremlin sözçüsü bildirib:
“Biz Ukraynada müvəqqəti atəşkəs deyil, illərlə, hətta əsrlərlə davam edəcək sülh istəyirik. Xüsusi hərbi əməliyyat da bu səbəbdən davam edir. Danışıqlar prosesi isə bizi həmin sülhə aparmalı olan bir prosesdir. Kiyev administrasiyasına aldığı ağır zərbələrin təsirini aradan qaldırmağa imkan verəcək möhlətin verilməsinin əleyhinəyik”.
Peskov sülhün əldə olunmasına yönələn prosesin mürəkkəb olduğunu və uzun müddət davam edə biləcəyini də diqqətə çatdırıb.
“Bu proses çoxsaylı detallardan ibarətdir və onların hər biri mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə işlər davam etdirilir”, – deyə Kremlin sözçüsü əlavə edib.