logo
logo logo
logo

Belçikada bir günlük tətil səbəbindən həyat iflic oldu

16:24 - 23 Noyabr 2026

Belçikada bir günlük tətil səbəbindən həyat iflic oldu

Belçikada çalışanların hökumətin qənaət tədbirlərinə etiraz olaraq keçirdikləri bir günlük tətil nəticəsində dövlət xidmətlərinin və ictimai nəqliyyatın fəaliyyəti pozulub, hava limanlarından uçuşlar həyata keçirilməyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın iri həmkarlar ittifaqları CSC, FGTB və Synovanın çağırışı ilə işçilər federal hökumətin sosial xərcləri azaltmaq planına və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə etiraz olaraq bir günlük tətilə başlayıblar.

Tətil səbəbindən ölkə üzrə dövlət və özəl sektorda xidmətlərin fəaliyyəti ciddi şəkildə pozulub, gündəlik həyat demək olar ki, dayanıb.

Belçikanın hava məkanına nəzarət edən Skeyes qurumunun əməkdaşlarının da tətilə qoşulması səbəbindən saat 07:00-dan 21:00-dək ölkə ərazisində uçuşlar həyata keçirilməyib. Həmin saatlarda hava hərəkətinə nəzarət xidməti də göstərilməyib.

Brüssel hava limanında qeyd olunan saatlar ərzində bütün təyyarələrin eniş və uçuşları, Şarlerua hava limanında isə gün ərzində nəzərdə tutulan bütün reyslər ləğv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az