ABŞ-da qızılca epidemiyası davam edir. Bu il ölkədə son illərin ən ağır qızılca epidemiyası qeydə alınıb və xəstəlik nəticəsində 9 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) noyabrın 24-nə olan məlumatına görə, ölkənin 47 müxtəlif bölgəsində ümumilikdə 6 039 qızılca yoluxması aşkarlanıb. Yoluxanlardan 18-i ölkəyə gələn xarici ziyarətçilər arasında qeydə alınıb.
Xəstələrin 671-i, yəni ümumi yoluxma hallarının 11 faizi xəstəxanaya yerləşdirilib. Beş yaşadək uşaqlar arasında xəstəxanaya yerləşdirilmə göstəricisi isə 17 faiz təşkil edib.
Qızılca epidemiyasından ən çox təsirlənən Pensilvaniya ştatında 1 679 yoluxma halı qeydə alınıb. Onlardan 87-si son yeddi gündə aşkarlanıb, 340 nəfər isə xəstəxanaya yerləşdirilib.
Ölkədə qızılcaya yoluxma hallarının son 35 ilin ən yüksək səviyyəsinə çatdığı bildirilir. Xəstəlik nəticəsində indiyədək 9 nəfər həyatını itirib.
Qızılcaya yoluxma hallarının artmasının əsas səbəblərindən biri peyvənd olunmamış şəxslərdir.
Qeyd edək ki, ABŞ bu ay 26 ildən sonra ilk dəfə “qızılcanı tamamilə aradan qaldırmış ölkə” statusunu itirib.