logo
logo logo
logo

İranda spirtli içkidən 32 nəfər öldü

12:03 - 29 Noyabr 2026

İranda spirtli içkidən 32 nəfər öldü

İranda son 10 gündə saxta spirtli içkidən 466 nəfər zəhərlənib, onlardan 32-si ölüb.


Manset.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Müntəzərül-Mehdi paylaşıb.

"Son 10 gün ərzində ölkənin beş əyalətində spirtli içkilərin qəbulu nəticəsində 466 nəfər zəhərlənib, onlardan 32 nəfəri həyatını itirib", - sözçü bildirib.

Onun sözlərinə görə, ötən 8 ay ərzində 4,5 milyon litrdən çox kustar üsulla hazırlanmış spirtli içki aşkar edilib, onların hazırlanması və paylanması cinayətləri ilə əlaqədar 41 mindən çox şəxs həbs olunub.

Sonuncu dəfə noyabrın 22-də İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb. O zaman zəhərlənən 33 nəfərdən üçü ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az