Ərdoğan Qazaxıstan prezidenti ilə DANIŞDI

20:51 - 04 Aprel 2022

Ərdoğan Qazaxıstan prezidenti ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Bundan əlavə, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsi səbəbindən Şərq-Qərb marşrutu üzrə Xəzər dənizindən keçən Orta Dəhlizinin inkişafına ehtiyacın artdığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az