Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbçilərindən azad olunduqdan sonra Buçada çəkilmiş video yayımlayıb.
Manset.az xəbər verir ki, ölkə başçısı bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
"Onların xalqımıza etdiklərinə baxmaq çox ağrılıdır. Onlar hər bir hərbi cinayətə və torpaqlarımıza gətirdikləri bütün əzablara görə cavab verməli olacaqlar", - deyə Zelenski bildirib.