Bu ölkə Ukraynaya çoxlu sayda Rusiya istehsalı olan T-72 tankları göndərdi

17:58 - 05 Aprel 2022

Bu ölkə Ukraynaya çoxlu sayda Rusiya istehsalı olan T-72 tankları göndərdi

Ukraynaya daha bir dəstək Çexiyadan gəlib. 


Manset.az-ın məlumatına görə, Rusiya istehsalı olan T-72 tankları və BVP-1 zirehli döyüş maşınlarını döyüş xəttinə göndərən Çexiya administrasiyasının bu addımı bir ilkdir.

Təxminən 50 il əvvəl Sovet İttifaqı dövründə istehsalına başlanan T-72 tankları hazırda Rusiya ordusunda da istifadə olunur. 

BVP-1 zirehli döyüş maşınları isə Sovet İttifaqı dövründə Çexoslovakiyada istehsal olunan BMP-1-in lisenziyalı surətidir.

İşğaldan əvvəl məlum idi ki, Ukrayna ordusunda 200-ə yaxın BVP-1 zirehli döyüş maşını var.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az