Ukraynada ölən mülki şəxslərin yeni sayı açıqlandı

18:47 - 05 Aprel 2022

Ukraynada ölən mülki şəxslərin yeni sayı açıqlandı

Müharibənin başlamasından indiyədək Ukraynada ən azı 1480 mülki şəxs həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Təşkilat 2 min 195 mülki vətəndaşın yaralandığını qeyd edib.

Məlumata görə, hücumlardan sonra 4 milyon 244 min 595 nəfər qonşu ölkələrə keçib.

Qonşu ölkələr arasında Polşa (2 milyon 469 min 657), Rumıniya (648 min 410), Moldova (396 min 448), Macarıstan (394 min 728) və Slovakiyanın (301 min 405) olduğu bildirilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az