“Düşmənçilik edən ölkələrə ərzaq tədarükündə ehtiyatlı davranacağıq” - Putin

18:51 - 05 Aprel 2022

“Düşmənçilik edən ölkələrə ərzaq tədarükündə ehtiyatlı davranacağıq” - Putin

“Rusiya bu il xaricə, xüsusən ona qarşı düşmənçilik siyasəti aparan ölkələrə ərzaq tədarükü məsələsində daha ehtiyatlı davranacaq”.

Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinə dəstək üzrə müşavirədə deyib.

“Aydındır ki, bu il qlobal ərzaq qıtlığı fonunda biz xaricə ərzaq tədarükü ilə bağlı daha ehtiyatlı davranmalı, daha dəqiq desək, bizə açıq-aşkar düşmən münasibət bəsləyən ölkələrə bu cür ixracın parametrlərinə diqqətlə nəzarət etməli olacağıq”, - Putin vurğulayıb.

Rusiya lideri bildirib ki, istehsal həcminin artması Rusiyada ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin etməyə imkan verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az