Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi OLDU

19:05 - 05 Aprel 2022

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi OLDU

Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsini həyata keçiriblər.

Manşet.az xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə vəkili Tatyana Moskalkova bildirib.

O, hər iki tərəfdən 86 əsirin təhvil verildiyini deyib.

Onun sözlərinə görə, siyahıda “Rosatom” Dövlət Korporasiyasının 4 əməkdaşı da olub. Lakin sonradan onların adı siyahıdan çıxarılıb.

Ukrayna tərəfi Korporasiyanın əməkdaşları ilə dəyişdiriləcək mülki şəxslərin siyahısını T.Moskalkovaya verib.

Ombudsman rusiyalı əsirlər arasında onlarla dənizçinin də olduğunu bildirib. Bundan əlavə, o, 90 yük maşını sürücüsünün də Rusiyaya qayıtması ilə bağlı iş aparıldığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az