Nikolayev şəhərinin atəşə tutulması zamanı ölənlərin sayı 12-yə yüksəldi

19:49 - 05 Aprel 2022

Nikolayev şəhərinin atəşə tutulması zamanı ölənlərin sayı 12-yə yüksəldi

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.

Bundan başqa, 41 nəfər yaralı var.

Faktla bağlı müharibə qanunlarını pozma, qəsdən adam öldürmə ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, aprelin 4-də Rusiya ordusu Nikolayevə kasetli mərmilər atıb, evləri, xəstəxanaları, uşaq bağçalarını və məktəbləri atəşə tutublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az