Daha bir ölkə turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edir

19:57 - 05 Aprel 2022

Daha bir ölkə turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edir

Kubanın Səhiyyə Nazirliyi aprelin 6-dan etibarən müstəqil səyahət edənlər üçün bütün sanitar tələblərin ləğv edildiyini açıqlayıb.

Manşet.az "Oxu.az"a istinadən xəbər verir ki, artıq ölkəyə giriş üçün peyvənd sertifikatları və PCR testləri tələb olunmayacaq.

Məhdudiyyətlərin yumşaldılmasına səbəb epidemioloji vəziyyətin yaxşılaşmasıdır.

Məcburi tələblər arasında yalnız maska ​​rejimi qalır. Bununla belə, səyahət edənlər gəldikdən sonra yenə də koronavirus üçün təsadüfi testə göndərilə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az