Ukrayna prezidenti Vladimir Zelenski Polşa, Litva, Latviya və Estoniyanın hər zaman Ukraynanı ilk müdafiə edənlər sırasında olduğunu deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Polşa prezidenti Anjey Duda, Litva prezidenti Gitanas Nauseda, Latviya prezidenti Egils Levits və Estoniya prezidenti Alar Karis ilə görüşüb.
Görüşdən sonra Ukrayna prezidenti Duda, Nauseda, Levits və Karis ilə mətbuat konfransı keçirib.
İclasda çıxış edən Zelenski Polşa, Litva, Latviya və Estoniyanın hər zaman Ukraynanı ilk müdafiə edənlər arasında olduğunu qeyd edərək bu ölkələrin Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Ukraynanı ilk müdafiə edənlər arasında olduğunu bildirib.
Zelenski "Hər zaman bizimlə olan, hər zaman Ukraynanın tərəfində olan gözəl dövlətlərin bu gözəl liderlərinə təşəkkür etmək istəyirəm. Çiyin-çiyinə dayanaraq və lap əvvəldən Ukraynanın Avropa İttifaqına baxışını, o cümlədən Rusiyaya və onun təcavüzünə qarşı sərt sanksiyalar siyasətini dəstəkləyənlər arasında olublar. Bu dörd lider həmişə bizi müdafiə edir” deyə, bildirib.
Zelenski bu ölkələr kimi bütün qonşu dövlətlərlə dost, dürüst və strateji münasibətlər qurmaq istədiklərini də vurğulayaraq əlavə edib: “Əminəm ki, bu dörd dövlət Ukraynanın gələcəyinin bütün səhifələrində birinci olacaq və bizim böyük gələcəyimiz var, çünki belə tərəfdaşlar və dostlarla biz mütləq qalib gələcəyik. Ukrayna üçün bu çətin zamanda bu mühüm səfərə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.