Rusiya MN Mariupolda təslim olan ukraynalı hərbçilərin sayını AÇIQLADI

12:56 - 14 Aprel 2022

Rusiya MN Mariupolda təslim olan ukraynalı hərbçilərin sayını AÇIQLADI

Mariupol şəhərində daha 134 ukraynalı hərbçi təslim olub.

 

Manset.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, təslim olanlardan 14-ü zabitdir. 

"Mariupolun azad edilməsi əməliyyatı zamanı daha 134 ukraynalı hərbçi könüllü olaraq silahlarını yerə qoyaraq bir gecədə təslim olub. Cəmi bir gündə 36-cı dəniz piyada briqadasının 1160 ukraynalı hərbçisi könüllü təslim olub. Onların arasında 176 zabit var." - deyə Konaşenkov bildirib.

Həmçinin o bildirib ki, bir gün əvvəl eyni briqadanın 162-si zabit və 47-si qadın olmaqla 1026 ukraynalı əsgəri könüllü olaraq təslim olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az