Serbiya prezidenti Aleksandar Vucic bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi Serbiyanın prinsiplərinə baha başa gələcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vuçiç "TV Pink" kanalında verdiyi açıqlamada Ukrayna müharibəsi ilə bağlı şəxsi fikirlərinin Serbiya dövlətinin rəsmi baxışından fərqli olduğunu, Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyini və sanksiyaların tətbiqinin Serb prinsiplərinə sərf etməcəyini bildirib.
Ukrayna müharibəsinin təsirlərinin 3-4 il ərzində hiss olunacağını bildirən Vuçiç "Bu müharibə Serbiyaya da təsir edir. Bizim vəzifəmiz beynəlxalq ictimai hüquqa uyğun hərəkət etmək və prinsiplərə hörmət etməkdir. Rusiya 2001-ci ildən Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən asılı olmayaraq, bu, Serbiyaya baha başa gəlir. Amma inanıram ki, biz Rusiya qazını Avropanın digər ölkələri ilə müqayisədə daha sərfəli qiymətə alacağıq" deyib.