“Terrorçulara aid bütün hədəflər uğurla məhv edilib” - Hulusi Akar(VİDEO)

13:48 - 18 Aprel 2022

“Terrorçulara aid bütün hədəflər uğurla məhv edilib” - Hulusi Akar(VİDEO)

“Türkiyə Silahlı Qüvvələrinin dünən axşamdan etibarən İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid” əməliyyatı  uğurla davam edir”.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib.

Hərbi qurum rəhbərinin məlumatına görə, əməliyyat çərçivəsində terror təşkilatına aid sığınacaq, bunker, mağara, tunel, sursat anbarları və “qərargahlar” uğurla məhv edilib.

“ATAK helikopteri, kəşfiyyat və zərbə PUA-ları tərəfindən dəstəklənən qəhrəman komandolarımız, həmçinin “qırmızı beretlilər”imiz quru və hava hücumu hərəkatları ilə bölgəyə sızıblar. İndiyə qədər əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflər ələ keçirilib. Əsgərlərimizin nəfəsi terrorçuların ənsəsindədir. Terror təşkilatında artıq dağılma prosesinin getdiyini görürük”, - deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az