Ukraynada müharibə başlayandan 205 uşaq həlak olub, 362 uşaq isə müxtəlif dərəcəli xəsarət alıb.
Manset.az xəbər verir ki, bununla bağlı ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Uşaqların ən çox ölüb-yaralandıqları bölgələrin statistikası belədir: Donetsk vilayətində - 117, Kiyev vilayətində - 107, Xarkov vilayətində - 91, Çerniqov vilayətində - 54, Xerson vilayətində - 43, Nikolayev vilayətində - 40, Luqansk vilayətində - 36, Zaporojye vilayətində - 23, Kiyev şəhərində - 16, Sumı vilayətində - 16 və Jitomir vilayətində - 15.
Aktiv döyüş əməliyyatları aparılan bölgələrdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq mümkün olmadığı üçün məlumatlar hələlik dəqiq deyil.