Lukaşenkonun şəxsi həkimi rüşvətə görə saxlanıldı - VİDEO

16:11 - 18 Aprel 2022

Lukaşenkonun şəxsi həkimi rüşvətə görə saxlanıldı - VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko şəxsi həkimi və daha 35 tibb işçisinin rüşvətə görə saxlanıldıqlarını bildirib.

 

Manset.az xəbər verir ki, o, tibb sahəsində korrupsiyanın yolverilməz olduğunu bəyan edib.

“Mən bu əməliyyatın gedişatını çox yaxşı bilirəm: nəzarət edirdim. O bu gün, dünən başlamayıb. Bu barədə səhiyyə nazirinə xəbərdarlıq etdim. Amma bu gün 35 nəfər (saxlanılıb). Əminəm ki, bunlar hamısı deyil”, - deyə Lukaşenko səhiyyə naziri, baş prokuror və Dövlət Təhlükəsizlik Komitəsinin sədri ilə görüşündə deyib.

O, insanların bədbəxtliyindən qazanc əldə edənlərə heç vaxt mərhəmət olmayacağı barədə xəbərdarlıq edib.

“Müharibələr haradan başlayır? İstənilən müharibə ədalətsizlik və korrupsiya üzərində qurulur”, - deyən dövlət başçısı korrupsiyanı müharibə ilə müqayisə edib.

Lukaşenko dəfələrlə onu müayinə edən prezident həkiminin də saxlanılanlar arasında olmasını üzücü fakt adlandırıb.

“Bu fakt məni kədərləndirdi, amma qanun qanundur, hamı üçün eynidir”, - deyə o vurğulayıb.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az