Putin milli valyutanın dəyərindən danışdı

17:43 - 18 Aprel 2022

Putin milli valyutanın dəyərindən danışdı

Rusiya prezidenti Putin bəyan edib ki, milli valyutalar vasitəsilə ticarətə keçid prosesi sürətləndirilməlidir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatı ilə bağlı hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Qərb ölkələrinin sanksiyalarla istədikləri məqsədlərinə çatmadıqlarını bildirib.

Qərb ölkələrinin Rusiya bank sistemini çökdürməyi və bazarlardakı məhsul qıtlığını hədəflədiklərini ifadə edən Putin "Vəziyyət stabilləşir. Rublun valyuta qarşısında dəyəri fevralın birinci yarısının səviyyəsinə qayıdıb. Banklarda nağd valyuta yenidən əlçatan olur və vətəndaşların əmanətlərinin həcmi artır. Ancaq Rusiyaya qarşı bu siyasətin nəticə vermədiyini deyə bilərik. Üstəlik, bu sanksiyalar onları tətbiq edənlərə zərər verir. İnflyasiya və işsizlik artır. ABŞ və Avropada iqtisadi vəziyyət pisləşir. Mən avropalıların həyat səviyyəsinin aşağı düşməsindən danışıram” deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az