Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi APARILDI

18:40 - 21 Aprel 2022

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi APARILDI

Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

Manşet.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk teleqram kanalında bildirib.

Bu dəfə Ukraynanın 10 nəfər hərbi əsiri (o cümlədən iki nəfər zabit) və 9 dinc sakini azad olunub.

“Azad olunanlar arasında yaralıların da olması çox mühümdür. Onlar artıq bütöv bir müalicə ala, reabilitasiya kursu keçə biləcəklər” – deyə Ukrayna rəsmisi qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az