Yaponiya Rusiyanın “Sarmat” raketi sınaqlarına münasibət bildirdi

21:56 - 21 Aprel 2022

Yaponiya Rusiyanın “Sarmat” raketi sınaqlarına münasibət bildirdi

Yaponiya “Sarmat” qitələrarası ballistik raketinin buraxılması ilə bağlı fikir bildirib. Ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hökumətin Rusiyanın hərbi fəaliyyətinə nəzarəti davam etdirəcəyini qeyd edib.

Manşet.az xəbər verir ki,  “Biz bu raket buraxılışı da daxil olmaqla, Rusiyanın hərbi fəaliyyətini yaxından izləməyə və məlumat toplamağa davam edəcəyik”, – deyə dövlət rəsmisi bildirib.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki vurğulamışdı ki, “Sarmat” raketinin sınaqdan keçirilməsi ABŞ-ın Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyinə təsir göstərməyəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az