Avropada inflyasiya sürətləndi

22:09 - 21 Aprel 2022

Avropada inflyasiya sürətləndi

“Eurostat”ın internet saytında verilən məlumata görə, mart ayında Avrozonada inflyasiya illik ifadədə sürətlənərək 7,4 faiz təşkil edib.

Manşet.az xəbər verir ki, Avrozona ölkələrindən başqa İsveç, Danimarka, Bolqarıstan, Macarıstan, Rumıniya və Polşanın da daxil olduğu Avropa İttifaqında mart ayında inflyasiya illik 7,8 faizə yüksəlib.

Fevralda Avrozonada illik inflyasiya 5,9 faiz, Avropa İttifaqında 6,2 faiz təşkil edib. Bir il əvvəl isə eyni göstərici Avrozonasında 1,3 faiz, Aİ-də 1,7 faiz olub.

Son 12 ayda ən aşağı inflyasiya göstəriciləri Malta (4,5 faiz), Fransa (5,1 faiz) və Portuqaliyada (5,5 faiz), ən yüksək inflyasiya isə Litvada (15,6 faiz), Estoniyada (14,8 faiz) və Çexiyada (14,8 faiz) qeydə alınıb. 11,9 faiz).


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az