Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO

23:34 - 21 Aprel 2022

Mayk Tayson təyyarədə sərnişini döydü - VİDEO

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson təyyarədə sərnişinlərdən birini döyüb.

Manşet.az xəbər verir ki, Tayson San-Fransiskodan Floridaya uçarkən onun arxasındakı oturacaqda sərxoş adam olub. Sərxoş şəxs, şahidlərin dediyinə görə, idmançıya qarşı kobud davranıb və bütün yol boyu onun qulağına nəsə pıçıldayıb.

Əvvəlcə o, təyyarədə Mayk Taysonla selfi çəkdirib - idmançı onun xahişini rədd etməyib. Lakin bu, pərəstişkarı üçün kifayət etməyib və o, söhbətlərlə onu incitməyə davam edib.

Tayson bir neçə dəfə sakit qalmağı xahiş etsə də,lakin gənc imkan verməyib. Daha sonra boksçu buna dözməyib və sərnişinin üzünə bir neçə güclü zərbə endirib.

Zərərçəkənə tibbi yardım göstərilib. O artıq polisə şikayət edib.

Taysonun özü və nümayəndələri insidenti şərh etməyiblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az