Rusiya Popasnanı atəşə tutdu, iki nəfər öldü - FOTO

11:54 - 23 Aprel 2022

Rusiya Popasnanı atəşə tutdu, iki nəfər öldü - FOTO

Rusiya Silahlı Qüvvələrinin Luqansk vilayətinin Popasna yaşayış məntəqəsini atəşə tutublar, nəticədə iki dinc sakin həlak olub, bir nəfər isə yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı  Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qaydai bildirib.

"Popasna və Rubejnoyenin atəşə tutulması nəticəsində üç yaşayış obyektinə ziyan dəyib. Popasnada iki nəfər küçədə ölüb, bir nəfər isə yaralanıb.", - deyə o, qeyd edib.

Onun szölərinə görə, qarşı tərəf bütün təmas xətti boyunca irəliləyir. 

Rusiyanın Novotoşkovski istiqamətində, Rubijnoye və Popasna ərazilərində hücum əməliyyatları davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az