ABŞ kəşfiyyatı Rusiyanın Ukraynanın daha bir hissəsini ilhaq etməyi planlaşdırdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada referenduma hazırlaşdığını iddia edib.
O, Moskvanın bir neçə gün ərzində şərqdə qismən separatçı qüvvələrin əlində olan Donetsk və Luqanskı və işğalın əvvəlində nəzarəti ələ keçirdiyi Xerson şəhərini ilhaq edəcəyini bildirib.