“Foreign Policy” müxbiri ABŞ-dan Ukraynaya göndərilən vertolyotlar barədə paylaşım edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Foreign Policy" jurnalının təhlükəsizlik üzrə müxbiri Cek Detç bildirib ki, Ukraynaya silah yağdıran ABŞ artıq Şərqi Avropa ölkəsinə Sovet istehsalı olan 5 Mi-17 helikopterini göndərib.
ABŞ-nin hələ də Ukraynaya göndərə biləcəyi 11 Mi-17 helikopteri var.
Bu helikopterlər Taliban ələ keçirməzdən əvvəl Əfqanıstan ordusu tərəfindən istifadə edilib.