Putinlə danışan prezident ordusuna göstəriş verdi – daha bir ölkə müharibəyə hazırlaşır

14:15 - 04 May 2022

Putinlə danışan prezident ordusuna göstəriş verdi – daha bir ölkə müharibəyə hazırlaşır

Belarus prezidenti Lukaşenkodan ordunu müharibəyə hazır olmaqla bağlı təlimatlandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparan Belarus prezidenti Aleksandr Lukaşenko orduya “Müharibəyə hazır olun” göstəriş verib.

Belarusun Müdafiə Nazirliyi silahlı qüvvələrinin qəfil təlimlərə başladığını açıqlayıb:

“Yoxlamanın məqsədi əsgərlərin mümkün böhrana operativ reaksiya vermək hazırlığının və bacarığının qiymətləndirilməsidir”.

Nazirlikdən verilən açıqlamada Belarus Silahlı Qüvvələrində irtica qüvvələrinin qəfil yoxlamasına başlanıldığı, hərbi hissə və bölmələrin döyüşə hazır olmaq, təyin olunmuş ərazilərə yürüş etmək kimi tapşırıqları yerinə yetirəcəyi bildirilib. 

Hərbi hissələrin sürətlə dəyişən şəraitdə relyefin naməlum ərazilərində fəaliyyət göstərəcəyi açıqlanıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az