Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazası atəşə tutulub.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər ölüb.
Son məlumatlara əsasən, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.
Qeyd edilib ki, atəş nəticəsində neft bazasının ərazisində 4 neft çəni və 2 benzindaşıyan yanıb.
Rusiya iddia edir ki, neft bazasını Ukrayna Silahlı Qüvvələri atəşə tutub.