Nyu Yorkda ukraynalının rus olduğunu zənn edərək onu döyüblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə dünyanın müxtəlif ölkələrində yaşayan ruslara çətin anlar yaşatmaqda davam edir.
Bununla bağlı Nyu Yorkda təəccübləndirici hadisə baş verib.
Rus olduğu düşünülən və döyülən şəxsin əslində ukraynalı olduğu üzə çıxıb.
Ukraynanın şərqində doğulub böyüyən Andrii Meleşkov “Sheepshead Bay”dakı “Signature” adlı karaoke barda dostunun ad gününü qeyd edərkən Oleq Sulyma adlı şəxs rusa oxşadığını iddia edərək ona hücum edib.
Sulyma stolun üstündəki pivə şüşəsini sındırıb və Meleşkovu “səni öldürəcəm” deyə hədələyib.
Meleşkovun qolunu, yanaqlarını, qulaqlarını və boynunu vuraraq dərin kəsiklər açıb.


Hadisə yerinə dərhal polis və təcili yardım gələrək vəziyyəti nəzarətə götürüblər.