Dnepr raket atəşinə tutuldu

22:17 - 04 May 2022

Dnepr raket atəşinə tutuldu

Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

Manşet.az xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib. Onun sözlərinə görə, Dneprdə iki güclü partlayış baş verib. 

“Biz gizləndiyimiz yerdən çıxmayacağıq! Biz hərbi administrasiyadan rəsmi məlumat gözləyirik”, - Filatov qeyd edib. 

“Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin də atışma ilə bağlı vəziyyəti şərh edib.

“Dneprdə dəmir yolu infrastrukturuna növbəti raket hücumu. Dəmiryolçular arasında itki yoxdur. Dəymiş ziyanın dərəcəsi hava hücumunun sonunda qiymətləndiriləcək”, o, Teleqram kanalında yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az