ABŞ-ın Planet Labs PBC şirkəti Mariupolda "Azovstal" zavodunun peyk şəkillərini paylaşıb.
Manset.az xəbər verir ki, görüntülərdə rusların hücumundan sonra zavodun məhv edilməsi əks olunub.
Müəssisənin ərazisindəki tikililər demək olar ki, dağılıb.
Xatırladaq ki, mayın 3-də Rusiya Silahlı Qüvvələri "Azovstal" üzərində nəzarəti ələ keçirmək məqsədi ilə yenidən hücuma keçib. Döyüşlər zamanı ruslar zavodun ərazisinə daxil olub. Mayın 5-nə olan məlumata görə, zavodda döyüşlər yenidən başlayıb.

