Kraliça tədbirə 90 manatlıq libasla getdi, maraqlı hadisə ilə qarşılaşdı - FOTOLAR

14:00 - 05 May 2022

Kraliça tədbirə 90 manatlıq libasla getdi, maraqlı hadisə ilə qarşılaşdı - FOTOLAR

Dünyanın ən zövqlə geyinən qadınlarından biri olaraq tanınan İspaniya kraliçası Letisiya qatıldığı tədbirlərin birində maraqlı hadisə ilə üzləşib.

 

Manset.az “Hürriyet”ə istinadən xəbər verir ki, 49 yaşlı kraliça bir tədbirə qatılmaq üçün Merida şəhərinə gedib.

O, burada tədbirin keçiriləcəyi zala daxil olduqda heyrətini gizlədə bilməyib. Belə ki, Sevilya universitetinin professoru İnmakulada Vivas Tesonun üzərində kraliçanın geyindiyi libas olub. Üstəlik, professor da kraliça kimi eyni cür qara kəmər və qara ayaqqabıdan istifadə edib.

Tərəflər bu təsadüfü təbəssümlə qarşılayıb.

Qeyd edək ki, sözügedən geyimi İspaniya brendi “Mango”dan 49,99 avroya (90 AZN) əldə etmək mümkündür. 





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az