Tanınmış türkiyəli aktyor Engin Altan Düzyatan serial çəkilişi zamanı ayağını sındırıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çəkiliş zamanı at üzərində olan E. Düzyatan yanından sürətlə keçən digər atlı ilə toqquşub. Hadisə nəticəsində aktyorun ayağı bir neçə yerdən qırılıb.
Lakin aktyorun keçirdiyi qəzaya baxmayaraq, digər film çəkilişi ilə bağlı Nepala getdiyi bildirilir.
