“Ərini necə öldürməli” kitabının müəllifi haqda - ŞOK iddia

14:45 - 09 May 2022

“Ərini necə öldürməli” kitabının müəllifi haqda - ŞOK iddia

ABŞ-də ərini qətlə yetirməkdə təqsirləndirilən “How to Kill Your Husband” kitabının müəllifi Nensi Krempton Brofi cinayəti etiraf edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Oreqon ştatının prokuroru Şaun Ovrstrit 71 yaşlı Nensi Krempton Brofinin 2018-ci il iyunun 2-də 63 yaşlı əri Daniel Brofinin qətlində ittiham olunduğunu bildirib.

İddialara görə, yazıçı silahla kürəyindən vurduğu ərinə yerə yıxılandan sonra atəş açıb.

Prokuror Ovrstrit Brofinin cinayəti təsadüfən kamera yoldaşına danışdığını bildirib.

Dustaq yoldaşı Brofinin ona danışdıqlarını prokurora çatdırıb.

Müəllifin vəkilləri ittihamları rədd edərək Brofinin hadisə zamanı kafedə olduğunu bəyan ediblər.

Vəkillər ər-arvad arasında olan mesajları məhkəməyə təqdim edərək onların yaxşı münasibətdə olduqlarını nümayiş etdiriblər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az