Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

17:29 - 09 May 2022

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya Ukraynadakı müharibə əməliyyatlarına görə Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketi tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentindən açıqlama verilib.

Yeni idxal rüsumlarının platin və palladium da daxil olmaqla 1,4 milyard funt sterlinq dəyərində mallara təsir edəcəyi vurğulanır. Rüsum ödənişinin 35% təşkil edəcəyi bildirilir.

Bundan əlavə, planlaşdırılan ixrac qadağası kimyəvi maddələr, plastik, rezin və maşın avadanlıqları da daxil olmaqla 250 milyon funt sterlinq dəyərində mallara təsir göstərəcək. Bu, 2021-ci ildə Britaniyanın Rusiyaya bütün ixracının təxminən 10%-ni təşkil edir.

Bu sanksiya artıq Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi ticarət sanksiyalarının üçüncü mərhələsidir. Qızıl və enerji resursları istisna olmaqla Rusiyadan Böyük Britaniyaya idxalın təxminən 96%-i hazırda məhdudlaşdırıcı tədbirlər altındadır. Britaniya ixracatının 60%-i qismən və ya tam qadağa altındadır. Yeni sanksiyalar müvafiq qanunvericilik aktı qəbul edildikdən sonra qüvvəyə minəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az