Makron Ukraynanın Aİ-yə üzvlüyünə onilliklər tələb oluna biləcəyini deyib

18:18 - 09 May 2022

Makron Ukraynanın Aİ-yə üzvlüyünə onilliklər tələb oluna biləcəyini deyib

Biz bilirik ki, Ukraynanın Avropa İttifaqına üzvlüyünə imkan verən proses illər, düzünü desək isə onilliklər çəkə bilər.

Manşet.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib. Fransa lideri Aİ-yə üzvlük standartlarının aşağı salınması halında Ukraynanın İttifaqa daha tez üzv ola biləcəyini də əlavə edib.

O, Strasburqda Avropa Parlamentinin Avropanın gələcəyi ilə bağlı təşkil etdiyi konfransın bağlanış mərasimində çıxışı zamanı Aİ-nin Rusiya-Ukrayna müharibəsi daha da genişlənmədən sülh yolu ilə həll etməyə çalışmalı olduğunu deyib.

Makron Ukrayna münaqişəsinin bitməsindən sonra yekun sülh üçün Avropa İttifaqı ilə Ukrayna və Rusiyanın bir stol arxasında danışıqlar aparmalı olduğunu söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az