Fransanın keçmiş baş naziri dörd il azadlıqdan məhrum edildi

19:23 - 09 May 2022

Fransanın keçmiş baş naziri dörd il azadlıqdan məhrum edildi

Fransada keçmiş baş nazir Fransua Fiyon həyat yoldaşının saxtakarlıqla işə götürülməsi faktı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Manşet.az xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib.

Qərara əsasən, Fiyon cəza müddətinin bir ilini həbsxanada keçirəcək.

Onun həyat yoldaşı Penelopaya isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, Fiyon və həyat yoldaşı ətrafında qalmaqal 2017-ci ildə keçmiş baş nazirin prezidentliyə namizəd olduğu seçki kampaniyasının qızğın vaxtında yaranıb. Yerli mətbuat Penelope Fiyonun səkkiz il parlament köməkçisi kimi heç bir iş görmədən maaş aldığını yazıb. 2021-ci ilin iyununda Paris Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib və iki il həbsxanada olmaqla, beş il azadlıqdan məhrum etmə cəzası kəsib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az