Rusiyaya zorla aparılan ukraynalıların sayı AÇIQLANDI

21:30 - 09 May 2022

Rusiyaya zorla aparılan ukraynalıların sayı AÇIQLANDI

"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb".

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Facebook” səhifəsində məlumat verib.

"Hazırda Rusiyada 1 milyon 185 mindən çox vətəndaş, o cümlədən 200 min uşaq var. Bizdə onların Rusiyaya məcburi aparıldığını göstərən dəlillər var”, - deyə o, bildirib.

Denisovanın sözlərinə görə, bəzi qondarma düşərgələrdə 20 mindən çox vətəndaş var. Həmin yerdəki insanların hara aparıldıqları barədə məlumat yoxdur.

Onun sözlərinə görə, Rusiyaya deportasiya olunmuş ukraynalıların düşərgələrini tapıb Ukrayna tərəfinə məlumat verən könüllülər var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az