"Suriyalı qaçqınların könüllü qayıtmasını təmin edəcəyik" - Ərdoğan

23:14 - 09 May 2022

\"Suriyalı qaçqınların könüllü qayıtmasını təmin edəcəyik\" - Ərdoğan

"Türkiyədəki suriyalı qaçqınların sayı onların öz vətənlərinə könüllü qayıtmaları üçün lazımi şərait yaradıldıqda məqbul səviyyəyə enəcək".

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə beynəlxalq humanitar təşkilatların ayırdığı maliyyə sayəsində hazırda Suriyanın 13 rayonunda bu ölkədən olan qaçqınlar üçün 200 min ev tikir.

Türkiyə lideri qeyd edib ki, 2016-cı ildən bəri müxtəlif yollarla Türkiyəyə daxil olan və ölkələrinə geri göndərilən qeyri-qanuni miqrantların sayı 320 min nəfəri keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az