Rus minalarını aşkar edən itə dövlət medalı verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,
Ölkənin ekspert minaaxtaran iti Patron, paytaxt Kiyevdə keçirilən mətbuat konfransında prezident Zelenski tərəfindən medalla təltif edilib.
Ukrayna hökumətinin bəyanatına görə, iki yaşlı “Jack Russell Terrier” Ukraynada müharibə başlayandan bəri Çerniqovda 250-dən çox rus minasının aşkar edilməsinə kömək edib.
