Zelenski xarici əsgərlərlə bağlı QƏRAR VERDİ

14:44 - 02 Avqust 2022

Zelenski xarici əsgərlərlə bağlı QƏRAR VERDİ

Ukrayna Prezidenti Volodimir Zelenski “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında Qərar”ı imzalayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezidentliyin saytında dərc olunan qərara əsasən, Ukrayna ordusunda xidmət edən əcnəbi əsgərlərin müqavilə müddəti 10 ilə qədər uzadılacaq.

Bundan əvvəl isə, Ukrayna ordusunda xidmət edən əcnəbi əsgərlərin müqavilə müddəti 5 ilə qədər uzadıla bilərdi.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az