Çin Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat YAYDI

19:26 - 02 Avqust 2022

Çin Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat YAYDI

Çinin Xarici İşlər Nazirliyi ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb.

Manset.az xəbər verir ki, bəyanatda səfərə kəskin etiraz və qınaq ifadə edilib, bu hadisənin “vahid Çin” prinsipini və Çin-ABŞ kommünikesinin müddəalarını ciddi şəkildə pozduğu bildirilib.

Çin XİN ABŞ-ı Tayvan kartı ilə oynamamağa çağırıb.

Qeyd edək ki, Pelosinin mətbuat ofisindən yayılan yazılı açıqlamada onun Tayvana səfərinin ABŞ-ın Çinlə bağlı siyasəti ilə ziddiyyət təşkil etmədiyini vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az