İrəvan metrosunun minalanması xəbəri YAYILDI

21:30 - 02 Avqust 2022

İrəvan metrosunun minalanması xəbəri YAYILDI

Ermənistanın paytaxtı İrəvanda metronun minalanması xəbəri yayılıb.

Bu barədə Manset.az İrəvan metropoliteninin feysbuk səhifəsinə istinadən xəbər verir. Məlumata görə, saat 18:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə stansiyalarda partlayıcı qurğuların qoyulması barədə siqnal daxil olub.

Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin kinoloq qrupları və mühəndis dəstəsi həmin yerə göndərilib.

"Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb", - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az