Çinlə yaşanan gərginlikdən sonra ABŞ və İndoneziya orduları Sumatra adasında ilk dəfə olaraq digər ölkələrin də iştirak etdiyi birgə döyüş təlimlərinə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin Cakartadakı səfirliyindən verilən açıqlamada, sözügedən təlimlərin azad və açıq Hind-Sakit okean siyasətini dəstəkləmək üçün qarşılıqlı fəaliyyət, qabiliyyət, etimad və əməkdaşlığı dəstəkləmək üçün nəzərdə tutulduğu bildirilib.
ABŞ Sakit Okean Ordusunun komandanı general Çarlz Flinn, "Bu, ABŞ-İndoneziya bağının və bu mühüm regionda quru qoşunları arasında artan əlaqənin simvoludur. Çünki quru qoşunları bölgənin təhlükəsizlik arxitekturasını birləşdirən yapışqandır” – deyib.