Konyada işçiləri daşıyan avtobusla yük maşını toqquşub.
Manset.az xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisə vilayətin Səlcuqlu mahalının Büyükkayacık Məhəlləsi Sənaye Bölgəsində meydana gəlib.
Yaralılar təcili yardımlarla şəhər mərkəzindəki xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.